Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


01.05.2020  17:53 

Aktiv yoluxma halları daha çox bu 2 rayondadır





A+  A-

“Bu həftə Sumqayıt şəhərində də laboratoriya quraşdırılıb”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, təxminən 150 minə yaxın test edilib: “Bizim uğurumuzun səbəblərindən biri də xəstəliyi vaxtında aşkar edə bilməyimiz, erkən müalicəyə başlamağımızdır. Artıq sağalmış şəxslərin plazmasının ağır xəstələrə köçürülməsinə başlanılıb. Sabahdan etibarən donorlardan plazma alıb ağır xəstələrə tətbiq edəcəyik. 92 yaşlı xəstə nənəmizin sağalması tibbi xidmətin səviyyəsinin göstəricisidir. Türkiyədən gətirilən mütəxəssislər artıq işə başlayıblar. Azərbaycanda ən çox yoluxma 6-12 aprel arasında 514 nəfər olub”.

Ramin Bayramlı qeyd edib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran sxemlərdə narıncı rənglə qeyd olunub: “Bu yerlərdə aktiv yoluxma halları 50-dən çoxdur. Aktiv hallar daha çox Gəncə və Lənkərandadır. Bu, əhali karantin rejiminə yetərincə əməl etməmələrinin göstəricisidir”.

Ramin Bayramlı deyib ki, yoluxanlar arasında xaricdən gətirilən şəxslər də var: “Gəncə və Lənkəran narıncı rənglə qeyd olunan yerlərdir. Orada daxili yoluxma daha çoxdur”.

TƏBİB sədri əlavə edib ki, karantin rejiminin sərtləşdirilməsi və ya yumşaldılması yoluxma sayına uyğun olacaq.

Xəbər 2570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +