Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


30.10.2017  23:17 

Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb





A+  A-

Hollandiyada evtanaziya yolu ilə həyatına son qoymaq istəyənlərin sayı artıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 nəfərin işlədiyi Həyatın Sonu Klinikasına (“Levenseindekliniek”) evtanaziya üçün tələb çoxalıb.

Hazırda klinikada ölmək üçün növbə gözləyənlər var. Klinikadan bildirilib ki, evtanaziya üçün müraciət edənlərin boş yerə gözləməsinin qarşısını almaq üçün onlarla yeni həkim və psixoloq işə götürüləcək.

Məlumata görə, ötən il dözülməz ağrılardan əziyyət çəkən və yaxşılaşmaq ümidi olmayan 1800-dən çox xəstə evtanaziya üçün müraciət edib. Bu rəqəm 2017-ci ilin ilk 9 ayı ərzində isə 1862 nəfər olub. İlin sonuna qədər müraciətlərin 2500-ə çatacağı bildirilir.

Qeyd edək ki, bir çox ölkədə qadağan edilən evtanaziya, Hollandiyada 2002-ci ildən etibarən qanuniləşib.

Xəbər 1537 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +