Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


14.09.2017  16:08 

“Tapşırığı Natəvan Mirvətovadan alırdım” - Sevinc İsgəndərova





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahidlər dindirilib.

Nazirliyin Əməliyyat-Texniki İdarənin bölmə rəisinin köməkçisi olmuş Sevinc İsgəndərova ifadə verərək deyib ki, məxfi məlumatlarla bağlı telefonların dinləməsini həyata keçirib: “Telefonları dinlənilən şəxslərin kimliyi ilə bağlı heç bir məlumatım olmayıb. Biz raporta uyğun olaraq sadəcə texniki işləri görürdük. Mən tapşırıları Elşad Əzizov və Natəvan Mirvətovadan alırdım”.

MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov deyib ki, nazirlikdə işləmədən öncə bizneslə məşğul olub: “Mənim o vaxt İlhamla yaxın münasibətim oldu. Mən pul verirdim, o biznesi idarə edirdi, qazancdan mənə pul verirdi. İlham uzun müddət ölkəyə siqaret gətirilməsi ilə məşğul olmuşdu, bu sahədə olan hamını yaxşı tanıyırd. Buna görə də onu rəis Rafiq Səfərovla tanış etdim. Məqsəd o idi ki, bazardakı siqaret qaçaqmalçılığının qarşısını alaq. İlham ölkəyə kimin siqaret gətirdiyini Rafiq Səfərova deyirdi, o da həmin adamı tutub, siqaretlərini əlindən alırdı. Həmin siqaretlər İlhama verilirdi, o da satıb pulu Rafiqə verirdi. Bir neçə dəfə də Rafiqə pulu mən verdim”.

General Elçin Quliyev etiraz edərək bu hadisənin ona aidiyyatı olmadığını deyib: “Rafiq hansısa qaçaqmalçıdan pul alıb buraxıbsa, bunun mənə nə dəxli var”.

Dövlət ittihamçısı bildirib ki, ittiham mütəşəkkil dəstə şəklində verildiyi üçün bütün şahidlər dindirilir.

Məhkəmdə hazırda həbsdə olan general Teymur Quliyev və əməkdaşı Fərhad Atayev ifadə veriblər. Onlara istintaq zamanı dediklərini təsdiq ediblər.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Xəbər 1532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +