Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib


27.01.2023  12:51 

Səfirliyimizə hücumun arxasında Tehran rejimi - SEPAH dayanır





A+  A-

İranda səfirliyimizə hücumun arxasında İran dövləti -SEPAH durub. Bu, Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir. Son günlər İran XİN rəhbəri və diplomatları guya Azərbaycanla əlaqələri normallaşdırmağa çalışırdı.

Bilirdim İran tərəfi bu addımlarında səmimi deyil. Bu kontekstdə açıqlama vermişdim. Azərbaycan İranda diplomatik korpusu bağlamalı, Azərbaycandakı İran səfiri ölkədən çıxarılması üçün 48 saat vaxt verilməlidir.

İran dövləti səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Yəni, Azərbaycana qarşı hərbi təhdidlər edə bilərik. Bu hücumlar Böyük Britaniya, Fransa və ardınca İranda baş verməsi təbii ki, erməni- fars birliyinin bariz nümunəsidir.

İran Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Tehran rejimi tərəfindən qəbul edilmir. Bu silahlı hücum İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Azərbaycan İranla diplomatik əlaqələri dayandırsın və İrana qarşı sanksiyalara qoşularaq SEPAH terrorçu təşkilat kimi tanımalıdır.

İranda hakimiyyətdə olan mühafizəkarlar Azərbaycana qarşı düşmən siyasət ortaya qoyub və rejim dəyişməyincə Tehranla münasibətlər normallaşması gözlənilmir.

Tehran Bakıda edə bilmədiyini Tehranda etdi. Bu, İranın terror dövləti olduğunun göstəricisidir. Heç bir üçüncü qüvvə burada rolu yoxdur. Birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq


Xəbər 1395 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +