“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?


28.08.2020  16:24 

“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”





A+  A-

“Təəssüf ki, Ermənistan yenə də öz təxribat xarakterli əməllərindən əl çəkmir və provakativ addımlarını müxtəlif tərzdə həyata keçirir. Onlar insan faciəsindən belə istifadə edirlər”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Dağlıq Qarabağda Livandan köçürülən erməni ailələrinin qanunsuz yerləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

S. Seyidov xatırladıb ki, bir müddət əvvəl Livanda partlayış nəticəsində xeyli insan xəsarət alıb: “Ermənistan bundan istifadə edərək erməni ailələrinin Dağlıq Qarabağda, hətta Şuşada məskunlaşmasıyla bağlı fəaliyyətə başlayıb. Bu sadəcə beynəlxalq qanuna zidd olan məsələ deyil, eyni zamanda beynəlxalq cinayətdir. Ona görə ki işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma prosesi aparmaq beynəlxalq Cinayət Məcəlləsinə daxil olan məsələ kimi qiymətləndirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatların tövsiyələri, o cümlədən qətnamələri var. Avropa Şurasının, Avropa Parlamentinin, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən ATƏT-in Minsk qrupu da bununla bağlı mövqeyini bildirməlidir. Əgər deyilənlər reallıqdısa, yəni Şuşada erməni ailələri qanunsuz məskunlaşdırılırsa, bu, birbaşa növbəti provakasiyadır və sülh prosesinə ciddi təsir edir. Yox, əgər bu məlumatlar yanlış informasiyalardırsa, o zaman bu, yenə provakasiya kimi qiymətləndirilməlidir. Ona görə ki, iyul hadisəsindən sonra Ermənistan vəziyyəti yenə də gərginləşdirmək istəyir və məqsədlərindən əl çəkmir. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatlar onları bu təxribatlarından çəkindirməyə çalışır.

Bununla əlaqədar parlamentin beynəlxalq əlaqələr komitəsi olaraq beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Amerika- Azərbaycan Dostluq qrupunun rəhbəri kimi Amerikadan olan həmsədrə də bir məktub göndərəcəyik ki, məsələyə münasibətlərini bildirsinlər. Ermənistanı növbəti təxribatlardan, qeyri-qanuni, cinayət tərkibli fəaliyyətdən çəkindirsinlər”.

Xəbər 3020 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +