14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


03.08.2017  12:50 

“Yol polisi mənə “podxod“ elədi“ deyən qadın sürücü danışdı - VİDEO





A+  A-

Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.
XəzərNews.az bildirir ki, DYP-nin yayımladığı görüntülərdən sonra AZXEBER.COM-la əlaqə saxlayan Fatma Talıbova hadisənin baş vermə anından danışıb. O, hadisənin baş verdiyi ərazidə olanlarla bağlı əməkdaşlarımızla söhbətləşib. Xanım sürücü yol polisinin onu bilərək və qərəzli şəkildə saxladığını, iddia olunduğundan fərqli olaraq kəmər taxdığını deyib.

Xanım sürücünün sözlərinə görə, yol polisi ona yaxınlaşan zamanı gülməyə başlayıb. Bundan sonra "nömrəmi götür, nə lazım olsa yığarsınız" deyib. Daha sonra onunla sərt danışdığını deyən sürücü, yol polisinin də qəzəbləndiyini və ona pratokol yazıdığını əlavə edib.

F.Talıbovanın sözlərinə görə sosial şəbəkələrdə yayımlanan görüntülərdən sonra DYP-dən ona zəng gəldiyini və mətbuata müsahibə verməməsi xahiş edilib. Bundan başqa sürücü yol polisinin onun görüntülərini yayımlamasından sonra intihar etmək istədiyini də əlavə edib.

Xatırladaq ki, ötən gün 90 GG 044 dövlət nömrə nişanlı "Jeep Vrangler” markalı avtomobilin sürücüsü Fatma Talıbovanın iddiası səs-küyə səbəb olmuşdu. Sürücünün yayımladığı video DYP əməkdaşının onu saxlayaraq münasibət qurmağa çalışdığını və "padxod" etdiyi bildirilmişdi.

DYP isə məsələ ilə bağlı operativ açıqlama yayaraq, xanım sürücünün iddialarını yalanlayıb. Qrum açıqlamasında 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbovanın avqustun 1-də saat 15:40 radələrində Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə tərəfindən saxlanıldığı bildirilib. Məlumatda xanım sürücünün yol polisinin saxla işarəsinə tabe olmayaraq hərəkətə davam etdiyi qeyd edilib. Sonra Mehdi Hüseyn küçəsində ("Alov qüllələri”nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olub. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən xanım sürücü polisin saxla işarəsi zamanı əlini çiyninə qoyaraq "mən də paqonam” göstərib. Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edib. Daha sonra xanım sürücü "sən bilmirsən mən kimin gəliniyəm, sənin paronlarını sökdürəcəm” deyib. Həmçinin polis əməkdaşına "sən korsan” deyə müraciət edərək onun poqonlarına əl atıb. Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edib. Saxla işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.

Qeyd edək ki, F.Talıbova müsahibə zamanı üzünün görünməsini istəməyib. Həmin müsahibəni olduğu kimi təqdim edirik:


Xəbər 1555 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +