Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...


02.10.2017  09:48 

Bakının brendi yaradılır





A+  A-

“Azərbaycanla yanaşı Bakının özünün də turizm brendi olmalıdır. Hazırda biz Bakının brendinqi ilə məşğuluq. Bundan əlavə, Bakının marketinq strategiyası üzrə işlər görülür. Xüsusən Bakıda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Onların turistlər üçün daha cəlbedici olması məqsədilə müxtəlif tədbirlər görülür”.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, hazırda turizm sektorunda bir neçə istiqamət üzrə marketinq, bazarların öyrənilməsi işi aparılır: "Məsələn, tutaq ki, biz Rusiya bazarı deyirik. Amma Rusiya bazarı özlüyündə çox fərqlidir. Məsələn, məlum olub ki, Sankt-Peterburqdan gələn turistlərin tələbatı bir, Moskvadan gələnlərinki başqa, Vladivostokdan gələnlərinki tam fərqlidir. Yəni burada seqmentasiya aparılmalıdır. Həmçinin, hazırda bir neçə istiqamətdə, o cümlədən Asiya regionu üzrə, xüsusən Çin, Malayziya və ən böyük müsəlman dövləti olan İndoneziya istiqamətində iş aparırıq. Bundan əlavə, İsraildən gələn turistlərin sayının artırılması üçün işlər görülür".

K.Quluzadə qeyd edib ki, Azərbaycan turizminin təbliğ edilməsi məqsədilə bir neçə istiqamətdə iş aparılır: "Məsələn, Bizim Baltikyanı ölkələrlə, həmçinin Polşa ilə çox sıx əlaqələrimiz var. Biz tərəfdaş olaraq qarşılıqlı şəkildə bir-birimizin turizm potensialı barədə materiallar yayırıq.

Ümumiyyətlə, təbliğatın bir neçə yolu var. Bu, ilk növbədə media vasitəsilə edilir. Bizim vasitəmizlə artıq bütün dünyada məşhur olan "Forbes" jurnalı, "Reuters" agentliyi və s. digər nüfuzlu KİV-lər Azərbaycan turizmi haqqında yazılar yazır, reportajlar hazırlayırlar. Bundan əlavə, Büronun artıq MDB məkanında, Türkiyədə, Avropada, Amerikada tərəfdaşları var.

Digər istiqamət rəqəmsal marketinq işidir. Biz azerbaijan.travel saytını tam yeni konsepsiyada qurmuşuq. Bu saytın artıq onminlərlə izləyicisi var. Hələlik sayt ingilis və rus dillərindədir, amma gələcəkdə yəqin ki, prioritet seçdiyimiz istiqamətlətlərə görə digər dillərdə də olacaq”.



Xəbər 3191 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz


BÜTÜN XƏBƏRLƏR +