Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...


14.10.2025  12:25 

Kərə yağı Azərbaycanda 35% bahalaşıb





A+  A-

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5% bahalaşıb.

Onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.

Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib.

Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.

Ötən ildən fərqli olaraq, bu il Azərbaycana Səudiyyə Ərəbistanından da böyük miqdarda – 1 011,4 ton kərə yağı gətirilib.

Bu ilin ilk 8 ayında Azərbaycan aşağıdakı ölkələrdən kərə yağı idxal edib:

İran – 5 372,89 ton (bir kiloqramının orta gömrük dəyəri 10,5 manat)
Türkiyə – 161,62 ton (13,1 manat)
Yeni Zelandiya – 3 205,55 ton (13,1 manat)
Ukrayna – 1 078,7 ton (12,6 manat)
Səudiyyə Ərəbistanı – 1 011,42 ton (14,5 manat)
Belarus – 924,55 ton (12,9 manat)
Finlandiya – 749,51 ton (16 manat)
Hindistan – 429 ton (9,8 manat)
Fransa – 259,68 ton (16,6 manat)
Almaniya – 236,89 ton (16,4 manat)
Belçika – 82,5 ton (15,2 manat)
Litva – 55,12 ton (15,4 manat)
Türkmənistan – 20 ton (9,9 manat)
İtaliya – 17,46 ton (20,6 manat)
Polşa – 14,95 ton (15 manat)
Rusiya – 5,07 ton (17,9 manat)
Portuqaliya – 0,64 ton (38,3 manat)
İspaniya – 0,01 ton (11,9 manat)
Lüksemburq – 0,01 ton (117,3 manat)

Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə kərə yağının orta pərakəndə satış qiyməti bir kiloqram üçün 24,1 manat olub.

Xəbər 3558 dəfə oxunub.




14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz


BÜTÜN XƏBƏRLƏR +