Bakıda restoranda yanğın başlayıb
Buxarestdə Zəfər Günü qeyd olunub
“CBC Sport” anlaşdı: “Qarbağ“ın oyununu o da şərh edəcək
Bakalı başına vuraraq xəsarət yetirdi
Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt
Prezident sərəncam imzaladı
Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib -FOTO/VİDEO
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO


03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır





A+  A-

Pokrovskın işğal olunması qaçılmazdır. Hazırda şəhərdə ağır döyüşlər gedir, Rusiyada hərbi texnikanın kəskin defisiti fonunda döyüşlərdə əsasən piyadalardan istifadə olunur və bu səbəbdən də Pokrovsk uğrunda gedən döyüşlərdə Rusiyanın ağlasığmaz itkiləri oldu: 120 min nəfər!

XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“Nə Tramp, nə də Ukraynanın ən yaxın müttəfiqləri olan Baltik və Şimali Avropa ölkələri Ukraynanın lokal ərazi itkiləri barədə şərh vermirlər. Onlar prosesə qlobal miqyasda baxırlar.

Və qlobal mənzərə belə görünür ki:

- Rusiya üçün 3 günə bitirəcəyini düşündüyü müharibə 4 illik bataqlığa çevrildi;

- NATO vahid təhdid qarşısında diriliş dövrünü yaşayır və Avropa sürətlə silahlanır;

- Rusiyanın iqtisadiyyatı zərbə altındadır və o, qlobal bazarları itirir. Xüsusən də bu proses ABŞ və AB tərəfindən Trampın hakimiyyətə gəlməsindən bəri ilk dəfə birgə tətbiq olunan yeni sanksiyalardan sonra daha da güclənib və sürətlənib.

Cəbhə məsələsinə gəlincə:

Tramp Donbas dilemmasını həll edə bilmir, Rusiya onu "dondurma"dan əvvəl tam ələ keçirmək istəyir, Ukrayna isə döyüşsüz Donbası təslim etmək istəmir. Buna görə də Tramp dünən yeni müddət elan etdi: daha 2 ay.

Tramp ümid edir ki, Rusiya:

a) Bir az da ərazi baxımından "arzularını" təmin edəcək;

b) Daha çox zəifləyəcək, çünki sanksiyalar tətbiq olunur və Ukraynaya silah tədarükü davam edir.

Təbii ki, bu templə Rusiya iki ayda Kramatorska qədər irəliləyə bilməz və nəticədə Tramp yenidən hansısa "yeni plan" düşünməyə məcbur qalacaq. Öz-özünə bu məsələ həll olunmayacaq, amma bu müharibə günü-gündən Rusiyanı daha ağır hərbi-iqtisadi duruma salır və çıxış yolu görünmür”, - o bildirib.

Xəbər 1048 dəfə oxunub.




05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +