Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


23.05.2021  12:46 

Peskov Putinin “dişlərini qırarıq” ifadəsinə aydınlıq gətirdi





A+  A-

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının “Ölkəmizi “dişləmək”, ya da “dişləyib nəsə qoparmaq” istəyənlərin dişlərini qırarıq” sözləri altında hansı ölkələrin nəzərdə tutulduğunu izah edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sözçü “Rossiya 1” telekanalının efirində bunları deyib:

“Prezident bizim dünyagörüşümüzün konstantasını tamamilə aydın şəkildə ifadə etdi. Biz hamı ilə dostluq etmək istəyirik, amma bu dostluq məhz dostluq olmalıdır. Mentorluq, diktə, yalanlar, ikili standartlar deyil, dostluq olmalıdır. Və biz dostluq etməyi bacarırıq”.

“Amma biz heç vaxt heç kəsə bizim nəyimizəsə iddia etməyə icazə verməyəcəyik. Və biz bunu heç kəsə imkan verməmək üçün kifayət qədər güclü və möhkəmik”, - deyə Peskov əlavə edib.

Xatırladaq ki, V.Putin mayın 20-də “Pobeda” təşkilat komitəsinin iclasında bəzi ölkələrin Sibirdəki təbii sərvətlərin təkcə Rusiyaya məxsus olmasından narahatlıqlarını ifadə etmələrinə münasibət bildirərkən ölkədən “dişləyib nəsə qoparmaq” istəyənlərin “dişlərini qıracaqlarına” söz verib.

Xəbər 2235 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +