“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır


09.10.2017  13:48 

Məleykə Abbaszadə: “Qızlar oğlanlardan daha yüksək nəticə göstərir”





A+  A-

Azərbaycanda ali məktəblərin ödənişli yerlərinə daha çox oğlanlar qəbul olunurlar. Qızlar isə həmin ballarla orta ixtisas təhsili müəssisələrinə üz tuturlar. Bu da ailənin təsiridir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, araşdırmaların nəticələrinə görə, qəbul imtahanlarında qızların hər bir fənn üzrə orta statistik nəticələri oğlanların orta statistik nəticələrindən daha yüksəkdir: "Amma müəyyən vaxt var idi ki, yüksək bal toplayanların arasında oğlanların sayı daha çox idi. Orta nəticələr göstərənlər isə əsasən qızlar olub. İndi isə bu tendensiya dəyişib. Artıq yüksək nəticə göstərənlərin sırasında qızların sayı çoxalıb. Yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qızlar humanitar, oğlanlar texniki sahəyə meyl edir. On ildir ki, Azərbaycanda bu tendensiya dəyişib".
M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda elə universitetlər var ki, onların tələbə kontingentin çoxu oğlanlar olur: "Məsələn, Azərbaycan Texniki Universitetin 79 faizi oğlandır".
M.Abbaszadə deyib ki, magistraturaya qəbul üçün də daha çox qızlar sənəd verirlər.
Rezidenturaya daha çox qızların üz tutduğunu deyən M.Abbaszadə bildirib ki, rezidenturada elə yeylər olur ki, balları çatmadıqları üçün qəbul oluna bilmirlər.

(qafqazinfo.az)

Xəbər 4178 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +