“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...
Ölkədə 34800 iş yeri qapadılıb... - 2 ildə
Krımda partlayış səsləri eşidilib
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır


13.10.2025  13:53 

Yeniyetmə gömrükçünü anasına görə öldürüb





A+  A-

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, A.Mustafayev 16 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.

Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb.

Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayevi qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.

1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xəbər 3868 dəfə oxunub.



21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +