“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək
“Azercell” qiymətləri kəskin bahalaşdırıb... - 4 manat ödəyəcəyik
Qanun qadağan etsə də... - Sədr müavini 300 minlik sifariş alıb
Bakı Prosesi fərqli dini, etnik və siyasi - Nazir
Əli Həsənov 2 milyardlıq mülklərdən danışdı: “Heç biri ailəmin deyil”
Dadlı borş üçün... - Ukrayna resepti
Milyarder Süleyman Kərimovun 300 milyonluq yaxtası satıldı


15.10.2025  12:05 

Ramiz Mehdiyevin “bitməsi” necə rəsmiləşdi?





A+  A-

Prezident Administrasiyası sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi Azərbaycan ictimai-siyasi elitası üçün şok təsiri yaratmadı. 2022-ci ildən sonra R.Mehdiyev zatən bitmişdi. Bu gün isə onu rəsmiləşdirdilər: barəsində cinayət işi açıldı, ciddi ittihamlar irəli sürüldü. Onu AR Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü maddəsi (dövlətə xəyanət) və 193-cü maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) üzrə ittiham edirlər. Sonuncu maddə əsasən korrupsiya yönümlü fəaliyyətlə bağlıdır ki, bu da təbiidir.
Bakı şəhəri Səbail rayon Məhkəməsi oktyabrın 14-də qərar verərək Ramiz Mehdiyev
üçün 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu halda, o, fiziki cəhətdən həbsdə olmur, amma hərəkətləri məhdudlaşdırılır.

R.Mehdiyevə qarşı irəli sürülən hər üç maddədən çıxış yolu qeyri-realdır.

Cinayət Məcəlləsinin 278-ci maddəsi dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya zorla saxlamağa yönələn əməlləri cəzalandırır. Belə bir ittiham irəli sürüləndə, dövlət çevrilişi, qiyam və ya hakimiyyət strukturlarının zorla dəyişdirilməsi iddiaları qoyulur.

Dövlətə xəyanət - 274-cü maddə isə çox vaxt casusluq, yüksək dövlət sirlərinin açılması və digər milli təhlükəsizlik istiqamətli elementləri əhatə edir. Bu ittiham daha çox həm də ölkə əleyhinə hərəkətlərlə əlaqələndirilir.

Özündə korrupsiya və maliyyə cinayətlərini ehtiva edən 193-cü maddə isə qeyri-qanuni yollarla əldə edilmiş əmlakın leqallaşdırılması və s. cinayətləri özündə ehtiva edir.

Əlbəttə, R.Mehdiyevə qarşı səsləndirilən ittihamlar çox ciddi olduğundan, məhkumluq ehtimalı daha yüksəkdir. Xüsusən də 274 və 278-ci maddələr onun evdə deyil, həbsxanada olmasını israr edir.

İndi çoxları Ramiz Mehdiyevin həbs olunmasını təkcə hüquqi bir proses olmadığını, bunun Azərbaycan siyasətində daha dərin dəyişikliklərin göstəricisi ola biləcəyinə ehyam vururlar. Bunu da onunla əsaslandırırlar ki, R.Mehdiyev uzun müddət dövlət aparatında nüfuzlu fiqur olub, dəyişikliklər qaçılmazdır və s.

Bu və buna bənzər arqumentlər inandırıcı deyil və heç nə də olmayacaq. R.Mehdiyevin “ev dustaqlığı” isə ölümünə kimi davam edəcək.

R.Mehdiyevin təsiri ilə fəaliyyət göstərən qrup və qruplaşmalar varmı? Əlbəttə var, biz onları görməsək də, heç şübhəsiz ki, dövlətin güc strukturları onları “görür”.

Yaşayarıq, biz də görərik…

N.Oruclu
XəzərNews.az


Xəbər 3669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +