Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


16.09.2022  18:55 

Ermənistan İranın xidmətlərindən imtina edəcəkmi?





A+  A-

Ermənistanın APRİ mərkəzinin iki əməkdaşı The Jerusalem Post üçün yazdıqları məqalədə Qərb, Rusiya və İranın sülhyaratma təşəbbüslərinin effektiv olmadığını iddia edərək İsraili Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə çağırıb.

Yazıda ənənəvi erməni təbliğat tezislərini, xaçdaşları, qədim erməni mədəniyyəti haqda cəfəngiyatı və Azərbaycanın hərbi təcavüzü haqda yeni iddiaları kənara qoysaq, əsas diqqət çəkən məqam İsrailin vasitəçi kimi bölgəyə dəvət edilməsidir.

Bu o zaman baş verir ki, İranın xarici işlər naziri və fəaliyyətdə olan prezidenti Ermənistanın ərazi bütövlüyünü öz "qırmızı cizgiləri" elan edir, İsrailin bölgədə hər hansı fəallığını qəbul etmədiklərini xüsusi vurğulayırlar. Üstəlik, İran mediası əlavə hərbi hissələrin Azərbaycanla sərhəddə dislokasiyası haqda məlumatlar dərc edirlər.

Bu çağırışı Ermənistanın İranın öz köməyini və ya vasitəçiliyi ona zorla qəbul etdirmək cəhdinə ilk reaksiyası da saymaq olar. İndi İranın təşəbbüsə necə yanaşacağı maraqlıdır.

Xatırladaq ki, APRİ (Ermənistan tətbiqi siyasi tədqiqatlar institutu) Ümumerməni Xeyriyyə İttifaqı tərəfindın təsis edilib, əsasən xaricdən (diaspordan) gələn ianələrlə maliyyəlşdirilir, əməkdaşları (müəllifləri) da müxtəlif Qərb universitet və düşüncə mərkəzlərində çalışan erməni əsilli şəxslərdən ibarətdir.

Cəmaləddin Quliyev

Xəbər 4261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +