Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?
Finlandiya sərhəddə tikdiyi hasarı tamamlayır
Rus ordusunda intiharlar davam edir
Hikmət Hacıyev İran rəsmisi ilə görüşdü
“Azərişıq“ yoxlamalara başladı


30.06.2022  12:20 

Diaspor sədri Rusiyanın hücumunu dəf etmiş şəhərdə... - Foto





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov Kiyev vilayətinin İrpin şəhərinə baş çəkib.

XəzərNews.az xəbər verir ki, H.Cavadov hazırda şəhərin 70 faizinin dağılmış vəziyyətdə olduğunu bildirib:

“Bəli, Ukrayna paytaxtı Kiyevə düşmən hücumunun qarşısında sipər olması İrpin şəhərinə belə başa gəldi. Şəhər viranəyə çevrilib və belə mənzərəni görmək çox ağrılıdır, halbuki müharibədən əvvəl dəfələrlə olduğum bu şəhər avropasayağı infrastrukturu ilə Ukraynanın ən qabaqcıl şəhəri olub”.

İrpin şəhərinin meri Oleksandr Markuşinlə görüşən UABD rəhbəri şəhərdə görüləcək bərpa işlərində Azərbaycan diasporunun iştirakını müzakirə edib:

“Şəhərdə Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin bərpasınına başlayan, həmçinin Zərifə Əliyeva parkında yenidənqurma işlərini görəcək "SOCAR Ukraine" şirkətinə bir daha təşəkkür etmək istərdim. Mən isə “Pçelka” Uşaq Bağçasının bərpası üçün maliyyə mənbəyi tapmaq üçün təşəbbüskarlıq etdim. Bu işdə mənə dəstək olacaq bütün dostlara, şirkətlərə minnətdar olaram” – deyə Hikmət Cavadov bildirib.

Diaspor rəhbəri həmçinin İrpin şəhərinin polis rəisi Oleksandr Maloqolovla görüşüb. Polis rəisi də şəhər Polis İdarəsi binasının təmirində iştirak etdiyi üçün UABD-nin fəxri sədri Oqtay Əfəndiyevə minnətdarlıq edib.

H.Cavadovun İrpin Şəhər Sərmayə Şurasının rəhbəri Volodımir Karplyukla görüşdə şəhərdə yaşayanlara mütəmadi dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edilib.

Qeyd edək ki, məhz burada yerli ərazi müdafiə dəstələri və Ukrayna ordu bölmələri tərəfindən Rusiya ordusunun paytaxt Kiyev üzərinə hücumunun qarşısı alınmışdı.

















Xəbər 2845 dəfə oxunub.




27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +