Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


30.08.2021  14:43 

Xoşqədəm Hidayətqızı “Xəzər”dən getməsinin səbəbini açıqladı





A+  A-

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Xəzər TV ilə yollarını ayırması barədə yayılan xəbərlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, məşhur aparıcı öz istəyi ilə televiziyadan ayrıldığını açıqlayıb:

“Diqqətinizə çatdırım ki, düz bir il əvvəl, 2020-ci il iyul ayında mənim üçün əziz olan Xəzər TV-dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabr ayında çox böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Bir TV-ni sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz, buna görə mən sezon bitənə qədər gözlədim. İyulun 23-ü veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim.

Hər kəsə bəllidir ki, “Səni Axtarıram” mənə aid, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, bu layihənin müəllifi çalışdığı kanalla yollarını ayıranda layihə bağlandı və s. yazaq. Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox! Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım. Deməyim odur, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, ona görə kanaldan gedim. Mənim ayrılmamın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə heç bir aidiyyəti yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil”.

Qeyd edək ki, X. Hidayətqızının bir müddət əvvəl öz heyəti ilə birgə Xəzər TV-dən ayrılmağı barədə xəbərlər yayılmışdı. Onun hazırda bir neçə televiziya ilə danışıqlar apardığı bildirilir.

Xəbər 4156 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +