Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


02.06.2021  11:43 

Yerevan 10 noyabr və 11 yanvar sazişlərindən imtina edir?





A+  A-

Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.
XəzərNews.az Turan-a istinadən xəbər verir ki, bu barədə Yerevanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə bildirib. O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.

“Sərhəddə hazırkı vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, deyən baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.

Zəngəzur dəhlizi mövzusuna toxunan Qriqoryanın sözlərindən aydın olub ki, Yerevan Azərbaycan Prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.

“Ermənistan tərəfi dəhliz məntiqi məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, - deyə o bildirib.

Xatırladaq ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.

11 yanvar 2021-ci il tarixində bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar.



Xəbər 3653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +