Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


30.04.2020  18:41 

320 min şəxsə bu səbəbdən 190 manat verilməyib





A+  A-

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, qanunvericiliyə uyğun olaraq, qurumun “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.

Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Daha 100 min şəxsə də bu ödəmə veriləcək.

Xəbər 3595 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +