Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


11.06.2018  15:46 

Bu müəllimlər də imtahana ÇƏKİLƏCƏK





A+  A-

Bu ilin iyununda ölkədə fəaliyyət göstərən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirməyə regionlarda fəaliyyət göstərən 30-a yaxın peşə təhsili müəssisəsinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları ilə yanaşı, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də cəlb olunacaq.

Bildirilib ki, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

Qeyd olunub ki, dövlət başçısının 17 yanvar 2018-ci il tarixli “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əmək haqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əmək haqlarının artırılması haqqında” sərəncamına uyğun olaraq, diaqnostik qiymətləndirilmədən keçən mühəndis-pedoqoji heyətin dərs yükünün və əməkhaqlarının artırılması nəzərdə tutulur.

2017-2018-ci tədris ili ərzində peşə təhsili müəssisələri üzrə mərhələlərlə keçirilən diaqnostik qiymətləndirilmə prosesində təhsil və təlim fəaliyyəti ilə məşğul olan 1350 işçinin iştirakı təmin edilib və rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatıb.

Xəbər 3063 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +