Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


01.06.2018  17:53 

Kəmaləddin Heydərovun oğlunun məktəbində dodaq uçuqladan – Qiymətlər





A+  A-

Bu günlərdə mediada varlıların və məmur balalarının təhsil aldıqları məktəblərin adları açıqlanıb.
XəzərNews.az AzEuroNews.com-a istinadən xəbər verir ki, onların arasında ən çox diqqət çəkən Bakı Avropa məktəbidir. Burada qiymətlər dodaq uçurdacaq səviyyədədir.

Belə ki, 1-4-cü siniflər üçün 9800 manat, 5 – 9-cu siniflərə 12 000 manatdır. 10-11-ci siniflər üçün 14 000 manat nəzərdə tutulub.

Bu məktəbin təsisçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Nazir oğlu 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub.

T.Heydərov məktəbin Himayədarlar Şurasının Prezidentidir. Məktəbdə guya aztəminatlı ailələlərin övladları üçün güzəştlər tətbiq edilir.

Ancaq heç bir güzəştdən söhbət gedə bilməz. Çünki bu məktəbdə aztəminatlı ailənin övladları təhsil almırlar.



Qeyd edək ki, “The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir.

1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

“Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır.

Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.

Xəbər 3493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +