Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


03.05.2017  13:21 

“Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxan qüvvələr var idi“





A+  A-

Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də "Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib.
XəzərNews.az-ın məlumatına görə, tədbirdə çıxış edən DTX sədri, general-leytenant Mədət Quliyev deyib ki, Azərbaycanın dövlət müstəqilliyi uğrunda müstəsna rolu olan ümummilli lider Heydər Əliyev bütün sahələri inkişaf etdirib:

"O, xüsusi xidmət orqanlarının formalaşmasına böyük əmək sərf edib. Heydər Əliyev gələcək nəsillər üçün məktəb yaradıb. Heydər Əliyev ölkənin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti aparıb, kadrların hazırlanmasında mühüm rol oynayıb. Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxan qüvvələr var idi. Amma o, bu siyasəti davam etdirib. Heydər Əliyev ziyalları milli ideyalara görə təzyiqlərdən, həbslərdən qurtarıb. Ulu öndərin təhlükəsizlik oranlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir, şəxsi heyətə aşılanır. O dövrdə torpaqlarımızın ermənilərə verilməsinin qarşısının alınması, ana dilimizin qorunmasında Heydər Əliyevin rolu böyük olub. Onun apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ulu öndərin fəaliyyəti sadə dövlət etalonudur. Onun apardığı siyasət gənclərə öyrətmək lazımdır”.


Xəbər 2603 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +