TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


01.01.2023  17:21 

Qəzada ölənlərin sayı 5 nəfərə çatıb





A+  A-

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TƏBİB-dən məlumat yayıb ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

Xəbər 2711 dəfə oxunub.



17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +