“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


30.08.2023  17:17 

“Özləri xirtdəyə kimi rüşvətin-haramın içindədirlər!“





A+  A-

"Prezident İlham Əliyev həmişə çağırış edir ki, keyfiyyətli kadrlar irəli çəkilsin, rüşvətxorluq, ələbaxımlılıq yığışdırılsın. Onun çağırışları şəxsən mənim üçün, ailəm üçün bir vazkeçilməz əmrdir və biz düşünürük ki, olduğumuz yerdə mütləq bu çağırışlara uyğun işləyək. Amma nəticə nə olur? Nəticə o olur ki, başımızın üstündəkilər bizi də özləri kimi gözükölgəli etmək üçün min cür oyundan çıxırlar!"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Əməkdar jurnalist Azər Həsrət çıxış edib.

A.Həsrət bildirib ki, onlar özləri xirtdəyə kimi rüşvətin-haramın içindədirlər!

"Çünki özlərinin mayası-xəmiri bu haramla yoğurulub! Bu haramzadalara anladırıq və anlatmağa da davam edəcəyik ki, bizi öz bataqlığınıza çəkə bilməyəcəksiniz!

Sizdən fərqli olaraq bizim üçün vəzifə, kreslo təmiz adımızdan üstün-artıq deyil!

Biz yetim-yesirin göz yaşları ilə yoğurulmuş sərvət hesabına saraylarda yaşamağı deyil, təmiz adımızla qazandığımız kasıb komamızda yaşamağı üstün tuturuq!

Əlbəttə, bunu sizin kimilər anlamaz!" - deyə A.Həsrət əlavə edib.

A.Həsrət əlavə edib ki, bizim də anlamadığımız bir şey var:

"Necə olur ki, siz həddinizi aşaraq cənab Prezidentin o çağırışlarını qulaqardına vurub bizim kimi adamlara meydan oxuyacaq cəsarəti tapırsınız?.."



Xəbər 2655 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +