“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


23.11.2020  10:28 

Sabiq nazir: “Paşinyanın siyasi oyunları ordumuzun belini qırdı”





A+  A-

Ermənistanın sabiq milli təhlükəsizlik naziri, prezidentin Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyasətçi Paşinyanı Qarabağ döyüşləri zamanı satqınlıqda ittiham edib.

“Paşinyan hətta Sarkisyanın vaxtı ilə imzalamaq istəmədiyi həll varinatını belə əldə edə bilmədi. Son razılaşma hər kəsin tənqid etdiyi 1997-ci ilin həll varinatından da pisdir”.

Şahnazaryan müharibə dövründə Qarabağla bağlı danışıqların aktiv şəkildə davam etdiyi söyləyib.

“Oktybarın 2-si ya 3-ü Cəbrayılı itirdik və Moskvanın bu zaman hərbi əməliyyatları dayandırmaq üçün konkret təklif irəli sürdüyünü bilirdik. Baş verənləri qabaqlayaraq deyim ki, Moskvadan hərbi əməliyyatları dayandırmaq üçün Paşinyana azı 4 təklif verilib. Düşmən daha çox irəlilədikcə, şərtlər də daha çox ağırlaşırdı. Amma nazirlik bütün bu dövr ərzində cəbhədə irəlilədiyimiz, əks-hücum etdiyimiz barədə cəmiyyətə xəbərlər verirdi. Mərkəzi komanda idarəetmə məntəqəsində hərbi deyil, siyasi qərarların verildiyi aydındır. Kobud desək, ordunu siyasətçilər idarə edirdi”.

David Şahnazaryan Nikol Paşinyanı Qarabağı satmaqda və ciddi hərbi-siyasi səhvlər buraxmaqda ittiham edib.

“Xatirinizdədirsə, Paşinyan oktyabrın 6-da əks-hücum hazırlandığını və böyük qələbənin astanasında olduğumuzu söylədi. Həmin çıxış Cəbrayıl istiqamətində əks-hücumu nəzərdə tuturdu. Bu Baş Qərargaha, generallara açıq siyasi təzyiq idi. Bəzi generallar inadla deyirdi ki, bu hücum qəbuledilməzdir. Yaranmış situasiyada müdafiənin birinci, ikinci, üçüncü və s. xətləri yaradılmalı idi. Bu aydın idi. Ən əsası, biz səmada üstünlüyü tam itirdik. İsrail pilotsiz təyyarələri zirehli texnikamızı tam məhv edirdi. Tək mən deyil, mütəxəssislər də Paşinyanın bu siyasi oyunlarının ordumuzun belini qırdığını söyləyir”.

Xəbər 3195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +