“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


27.11.2018  10:37 

Rəfael Cəbrayılova qarşı etiraz aksiyası keçiriləcək- “Mandatdan məhrum edilsin”+VİDEO





A+  A-

Deputat Rəfael Cəbrayılovun fırıldağına məruz qalan çoxsaylı vətəndaşlar Milli Məclisin qarşısında aksiya planlaşdırırlar.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, deputat Rəfael Cəbrayılovun dələduzluq yolu ilə aldatdığı vətəndaşlar problemlərinin həlli üçün başqa variantlarının qalmadığını bildiriblər.

Məlumata görə, deputata məxsus olan tikinti şirkətindən ev alan çox sayda vətəndaş az sonra böyük dələduzluqla üzləşdiklərini başa düşüblər. Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb.

Pulunu ödədikləri yeni mənzili əldə edə bilməyən şikayətçilər deputatın şirkətinə ödədikləri vəsaiti də geri ala bilmirlər.

Qeyd olunur ki, deputat Rəfael Cəbrayılova məxsus şirkətin vətəndaşlara yaratdığı bu problem haqqında məlumat artıq yüksək dövlət instansiyalarına da yetişib və aidiyyatı orqanlar müvafiq araşdırma aparırlar.

Deputatın dələduzluğuna məruz qalan vətəndaşlar isə Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək, Rəfael Cəbrayılovun mandatdan məhrum olunmasını tələb etməyə hazırlaşırlar.



Xəbər 7519 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +