İmamoğlu məhkəməyə çıxarılır
Daha bir vəkilin işinə xitam verildi
“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz
Qurbanov bənzərsiz bir fenomendir
Sabah bu ərazidə qaz olmayacaq
Əfqanıstana zərbələr endirildi: Ölənlər var
“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi


22.08.2018  09:43 

Ağciyər xərçənginin yeni müalicə üsulu tapıldı





A+  A-

Ağciyər xərçəngi dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. “Zvezda” saytında yazılan məlumata görə, alimlər onkoloji xəstəliklərə qarşı mübarizədə dəyişiklik edilmiş genoma daha çox ümid bəsləyirlər. Məlum olub ki, xərçəngin yaranması ilə 15q25 xromosomu arasında müəyyən əlaqə var. O, insan orqanizmində baş verən mühüm bioloji proseslərə nəzarət edir və immun sisteminə təsir göstərir.
XəzərNews.az “Azərtac”a istinadən xəbər verir ki, qeyd edilən xromosomun təsirini dayandırmaqla, ağciyər xərçənginə qalib gəlmək olar. Bundan əvvəl müəyyən edilib ki, hər kəsin tütündən özünəməxsus dərəcədə asılılığı var. Nikotin reseptorlarına nəzarət edən genlərdə asılılıq dərəcəsindən və ağciyər xərçəngi nəticəsində ölüm riskindən xəbər verən mutasiyalar mövcuddur.

Lokusun (genin yerləşdiyi nahiyənin) ağciyər xərçənginə meyilliliyi 15q25 xromosomunda nikotin asetilxolin reseptorunun genetik subvahidi ilə əks olunur. Daxili nəzarət mexanizminin pozulması nəticəsində orqanizmdə narkotik maddəyə asılılıq artır. Normal vəziyyətdə nikotinin həddən artıq olması müvafiq reseptorlar tərəfindən təhlükəli durum kimi qəbul edilir. Belə halda narkotik maddə az istehlak edilir.

Dəyişikliyə məruz qalmış reseptorları olan insanlarda müvafiq mexanizm lazımi qaydada işləmir. Nəticədə onlar daha çox narkotik maddə qəbul edir və bunu dayandırmağın zəruriliyini hiss etmir.

Xəbər 2964 dəfə oxunub.



25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +