“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


24.04.2017  16:12 

AŞPA-da QALMAQA: Deputatlar sədri zaldan qovdular





A+  A-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi qaldırılıb.
AŞPA sədri çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti zalda ayağa qalxaraq onun istefasını tələb ediblər.
Buna səbəb kimi Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib.
Aqramunt isə Suriyaya səfərinin yanlış addım olduğunu bildirib.
"İcazə verin bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm", - deyə o vurğulayıb.

P. Aqramunt yol verdiyi yanlışlığa görə üzr istəsə də, deputatlar sakitləşməyiblər.

Çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib. İclas AŞPA-nın vitse-prezidenti, Avropa Mühafizəkarlar qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam ed`ir.
Aqramunt isə bu gün iclasa sədrlik etməyəcək. Prosedura görə, sabah Aqramunt AŞPA-nın qrup rəhbərləri və üzvləri ilə ayrıca toplantı keçirməli, onların suallarına aydınlıq gətirməlidir. Sabaha qədər plenar iclasa vitse-prezidentlər sədrlik edəcək.
Sabah xüsusi toplantıda Aqramuntun aqibətinə aydınlıq gələcək.

Qeyd edək ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

(apa.az)

Xəbər 2817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +