“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


24.04.2017  15:27 

Bakıda daha bir ərazidə ağaclar kəsildi, qarşıdurma yarandı - VİDEO





A+  A-

Bakının Binəqədi rayonu ərazisində şirkət tərəfindən ağacların kütləvi şəkildə kəsilməsi sakinlərlə qarşıdurmya səbəb olub.
Bu sözləri paytaxt sakini Tural Yusibov şikayəti zamanı deyib. O bildrib ki, artıq Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsində yerləşən parkda ağaclar kəsilib, tikinti işləri aparılır: “Park ərazisi su hövzəsinə 5-6 metr yaxın olduğu üçün burada hər hansı bir tikint işlərinin aparılması qadağan olunub. Ancaq indi Kristal-F şirkəti saxta sənədlərlə parkın yerində yüksəkmərtəbəli bina tikməyə hazırlaşır.

“Sözügedən ərazidə yeganə bir park var, onu da söküb yerində bina tikirlər. Məsələylə bağlı Prezident Apratında olduq, İcra Hakimiyyəti qəbul elədi. Ondan sonra müvəqqəti iş dayansa da, yenə iş başladı. Şirkət parkın bir balaca hissəsini təmir edir ki, sakinlər razı qalsın.

Sakinlərdən 3 nəfəri İcraya çağırdılar ki, şirkətlə danışığa gəlin. Biz də onlara izah etdik ki, bu, həyatımız üçün təhlükədir və saxta sənəd hazırlanıb. Bu dəfə də 150-dən çox imza toplayıb yenidən Prokrorluğa və digər instansiyalara müraciət edəsiyik”.

Şikayətçi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerində olub: "Orada 50-60-dan çox ağac kəsilib. Keçən il həmin parkı gizlin sökmək istədilər, 4 ədəd 30 ilin şamı kəsildi. Əlbəyaxa dava oldu, bir az sakitləşmişdilər. Ötən həftə də sakinlər aksiya etdi, yenə də bu qanunsuzluq davam edir”.

***

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, park ərazisində ağaclar qanunsuz olaraq kəsildiyi üçün şirkət cəzalandırılıb: “Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi var ki, Kristal-F MMC tərəfindən sözügedən yerdə bina tikintisi aparıla bilər. Onlar bizə müraciət edərək ərazidə olan ağacları köçürmək üçün icazə istəyib. Bizim tərəfimizdən də köçürülmə ilə bağlı rəy verilib. Ancaq şirkət nümayəndələri ağaclardan 27-ni köçürüblər, qalan hissəsini isə kəsiblər. Bu səbəbdən keçən həftə akt tərtib olunaraq hüquq mühafizə orqanlarına göndərilib. Yəni, şirkət cərimələndirilib. O ki qaldı tikintinin qadağan olunmasına, elə bir sənəd yoxdur”.


Xəbər 3298 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +