“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


20.08.2025  11:24 

Bakıda 26 milyon manata yeni tibb müəssisəsi inşa edilir





A+  A-

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin II mərhələsi üzrə hazırlıqlar yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətindən məlumat əldə edib.

Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamına 18 milyon 470 min manat vəsait sərf olunacaq. Bununla bağlı nazirliklə tikinti işlərini həyata keçirən podratçı şirkət arasında yeni müqavilə bağlanılıb.

Xatırladaq ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib və tikinti işlərinin icrası "Uni KO” MMC həvalə olunub. Açıqlanan rəsmi məlumata görə, tibb müəssisəsinin birinci mərhələ üzrə tikintisinə 7 milyon 380 min manat sərf olunub.

Beləliklə, İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi ilə bağlı indiyədək şirkətlə dəyəri 26 milyon manata yaxın olan iki nəhəng müqavilə bağlanılıb.

Xəbər 600 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +