Mikayıl Cabbarov müvafiq qərar imzalayıb
Yük maşını mikroavtobusla toqquşub...-Çox sayda ölən var -VİDEO
Rusiya Kiyevi raketlə vurdu -FOTOLAR
Ermənistana gedən azərbaycanlılar nədən danışıb? - FOTO
NATO-dakı səfirlər Azərbaycana gələcək?
Bu ərazidə qaz olmayacaq -XƏBƏRDARLIQ
Gələn ildən sosial yardım artacaq?
Rusiya ordusu Ukraynanın PUA-larını vurdu
Rəqiblər daha da çətinləşir - Qurban Qurbanov
Bakıda şirkət rəhbəri həbs edildi


15.12.2017  11:06 

Palatanın “axsayan banklar”ı müflis elan etməsi çıxış yolu deyil





A+  A-

Palatanın “axsayan banklar”ı müflis elan etməsi problemdən çıxış yolu deyil.
Bu barədə XəzərNews.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var:

“Eyni zamanda, belə bankların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər”.

V.Bayramov deyib ki, bütövlükdə 8 bankın sağlamlaşdırılmasına ehtiyac var:

“Buna görə də, biz bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər”.

Xəbər 2934 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb


BÜTÜN XƏBƏRLƏR +