Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


29.06.2022  12:27 

Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıtmağa hazırlaşır





A+  A-

Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda vətənə qayıdacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.

Məlumatda deyilir ki, S.Tahirov ilk olaraq Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə, xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyyə edilib, bu ölkənin paytaxtı Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib. O, əlavə iki cərrahi əməliyyat keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra onun ölkəyə gönərilməsi gözlənilir.

Sürücünun Türkiyəyə nəqli və müalicəsi xərclərini ABADA qarşılayıb.

Xəbər 2964 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +