AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Zəngəzur dəhlizi TRIPP adlanacaq?
Qazi Siyəzən Mərkəzi Xəstəxanasından şikayət etdi
Tovuzda 54 ədəd saxta araq aşkar edilib
“Oğluma 100 minlik saat almışdım”- Akif Həsənov
“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu
Putin sülh danışıqlarına hazırdır - Tramp
Silahlı şəxs McDonald`sı ələ keçirdi
Almaniya Ukraynadan gələn qaçqınlara yardımı kəsir
Avtoyuma məntəqəsindən maşın oğurlandı


29.11.2017  17:12 

Azərbaycanda ayılara TƏHLÜKƏ





A+  A-

Rusiyanın Ural bölgəsində noyabrda havaların anomal keçməsi il əlaqədar heyvanlar qış yuxusuna gedə bilmir.
Bəs Azərbaycanda heyvanları bu cür təhlükə gözləyirmi?

XəzərNews.az-ın məlumatına görə, AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a açıqlamasında bildirib ki, heyvanların qış yuxusuna getməmə təhlükəsi real ola bilər:

“Bilirsiniz, planetdə iqlim dəyişiklikləri baş verir. Yəni son 100 ildə planetin orta temperaturu təxminən 1,5-2 dərəcə qalxıb. Bu haqda alimlərin fikirləri müxtəlifdir. Bir qisim alimlər bunu planetar hadisələrlə-Yerin fırlanması, Günəşin mövqeyi, Qalaktikanın durumu ilə bağlı olaraq hər 100 və ya 1000 ildən bir buzlaşma, istiləşmə periodları ilə əlaqələndirir. Temperaturun çoxalması təbiətə kəskin təsir edir. Təbiətdə hər şey bir-birilə bağlıdır və onları hərəkətə gətirən temperatur, günəş parıltısıdır.
Həyat uğrunda mübarizə zamanı bəzi canlılar artıq qışda azuqəni əldə etməyin çətinliyindən enerjiyə qənaət üçün qış yuxusuna gedirlər. Bəzi canlılar gün işığı həyatından qaranlığa keçirlər. Bir qisim bitkilər kölgəlik şəraitində yaşamını davam etdirir. Qış yuxusuna getmək də bəzi heyvanlara məxsusdur. Havalar artıq soyumağa başladıqda, payızın ortalarından başlayaraq onlar çoxlu enerji tədarük edir, yəni piy qatı yığırlar”.

E.Yusifov qeyd edib ki, Azərbaycanda ayılar bu cür təhlükə ilə qarşılaşa bilər:

“Temperaturun 1-2 dərəcə dəyişməsi və yaxud anomal dəyişikliklər nəinki heyvanların yaşayışına , o cümlədən bitkilərə də birbaşa mənfi təsir edir. Görürsünüz, bəzən qışda hansısa meyvə ağacı çiçək açır. Bu da temperaturun anomal dəyişməsinin nəticəsidir. Temperatur bu cür olduğu halda qış yuxusuna gedən heyvan hesab edir ki, artıq yazdır və o, ayılır. Bu isə heyvanların qış ayları üçün yığdığı piy ehtiyatının aktivlik şəraitində daha tez əriməsinə və nəticədə qış yuxusu zamanı acından ölməsinə səbəb ola bilər. Bu cür proses xüsusilə nadir və nəsli kəsilməkdə olan canlılar üçün təhlükəlidir.
Azərbaycanda ayıların sayı çox azalıb və Qırmızı kitabın ikinci nəşrinə onları da salmışıq. Təsərrüfat sahələrinin, insan məskənlərinin getdikcə artması bu heyvanların azalmasına səbəb olan amillərdəndir. İnsanlar düşünür ki, iri canlılar çox güclüdür. Əslində isə əksinədir. Yəni onların yaşama sahəsi daraldıqca, nəsli kəsilmə ehtimalı daha da böyüyür. Bu gün ən böyük təhlükə ayılarla bağlıdır. Digər tərəfdən bilirsiniz, son zamanlar ayıların ovlanma halları müşahidə edilir”.

Müsahibimiz həmçinin deyib ki, qışda balıqlar da fəaliyyətini minimuma endirir:

“Ümumiyyətlə su canlılarının böyük əksəriyyətinin fəaliyyəti qış aylarında süstləşir. Amma qışda tam yatan ayı, ilan, kirpi və onurğasızlardan zəlilərdir”.

Xəbər 3187 dəfə oxunub.




07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?

07.08.2025  13:20 

41 dərəcə isti olacaq

07.08.2025  11:27 

Pomidorla dolu “Qazel” aşdı

07.08.2025  11:17 

Cahangir Əsgərov ölkədən gedib?

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab


BÜTÜN XƏBƏRLƏR +