AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Zəngəzur dəhlizi TRIPP adlanacaq?
Qazi Siyəzən Mərkəzi Xəstəxanasından şikayət etdi
Tovuzda 54 ədəd saxta araq aşkar edilib
“Oğluma 100 minlik saat almışdım”- Akif Həsənov
“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu
Putin sülh danışıqlarına hazırdır - Tramp
Silahlı şəxs McDonald`sı ələ keçirdi
Almaniya Ukraynadan gələn qaçqınlara yardımı kəsir
Avtoyuma məntəqəsindən maşın oğurlandı


17.02.2025  14:20 

İki qurumdan QHT-lərə birgə MÜRACİƏT





A+  A-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciət edib.

XəzərNews.az xəbər verir ki, mürciətdə deyilir:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir. Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir.

Xəbər 3581 dəfə oxunub.




07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?

07.08.2025  13:20 

41 dərəcə isti olacaq

07.08.2025  11:27 

Pomidorla dolu “Qazel” aşdı

07.08.2025  11:17 

Cahangir Əsgərov ölkədən gedib?

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab


BÜTÜN XƏBƏRLƏR +