TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


17.04.2018  12:05 

“Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim” - Reket jurnalist





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısının istəyi ilə S.Məmmədsalayevanın ifadəsi elan edilib. Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət" qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işlədiyini deyib:

"2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edildim. Həbsimin səbəbkarı Surxay və Hikmətdir. Boşanandan sonra A.Quliyev (şərti) ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, sevgilimlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib sonra şantaj edərək pul alacağımızı dedi. Surxay mənə tapşırdı ki, rayonların birində vəzifə tutan şəxslə görüşüb intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedilər.

Daha sonra paytaxtda vəzifədə işləyən başqa bir şəxslə münasibət qurdum. O, mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. Onu şantaj edib 10 min manat almışdı. Mənə də min vermişdi. Bunu Surxay deməsə də, həmin adam özü mənə demişdi".

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib və həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğu üçün hakimin göstərişi ilə iclas qapalı keçirilib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb.

Xəbər 3327 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +