TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


12.04.2018  14:54 

“Lotu Quli”nin qardaşı şikayətindən imtina edib





A+  A-

Bir müddət öncə azadlığa buraxılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Müşfiq Səlifov Avropa Məhkəməsinə məktub göndərib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. O bildirib ki, M.Səlifov barəsindəki hökmdən sonra Avropa Məhkəməsinə şikayət edərək Konvensiyanin 6.1 və 6.3-cu maddələrinin pozuntusunun tanınmasını tələb edib. Məhkəmə 2016-cı ildə kommunikasiya başlayıb, lakin daha sonra ərizəçi M.Səlifov məhkəməyə məktub göndərərək işin aparılmasında maraqlı olmadığını bildirib. Bu səbəbdən bu gün elan edilən qərarla məhkəmə işi siyahıdan çıxarılıb.

İttihama görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora 8 qadının gətirilməsinə nail olub.

Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur. 2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib.

Xəbər 3095 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +