Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


31.10.2023  12:16 

“2 uşaqla yağışın, suyun içində qalmışıq“ - Şəhid xanımı





A+  A-

“Bütün evim məhv oldu. 2 uşaqla yağışın, suyun içində qalmışıq, uşaqlar tez-tez xəstələnirlər”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri İkinci Qarabağ Müharibəsində həlak olmuş Elmir Vəliyevin həyat yoldaşı Sənarə Vəliyeva deyir.

Füzulinin Kərimbəyli kəndində yaşayan Vəliyeva Abzas Media-ya bildirib ki, iyunun 18-də güclü külək nəticəsində evlərinin damı uçub, amma 4 aydır yerli qurumlar problemin həlli üçün heç nə etməyib.

“Qasırğalı güclü külək idi, evin üstünü apardı. İcra nümayəndəliyinə getdim, Fövqəladə Hallar Nazirliyinə məktub yazdım. Cavab gəldi ki, evin damını külək dağıdacaq şəkildə təbii fəlakət olmayıb, amma dedilər, kömək ediləcək. Ondan sonra dəfələrlə yenə danışdıq, soruşduq, gələn olmadı. Keçən həftə də getdim İcra Hakimiyyətinə, amma hələ heç bir nəticə yoxdur. İndi oktyabrdır, qış gəlir, evin halı çox pisdir”, – deyə o, bildirib.

2 azyaşlı uşaqla üstüaçıq evdə qalan Sənarə Vəliyeva deyir ki, havalar soyuduqca uşaqları xəstələnir.

“Oğlum 12 yaşındadır, qızım 10 yaşında. İkisi də xəstədir. Evin üstü dağılandan sonra tez-tez xəstələnirlər. Buz kimi betonun üstündə dərs oxuyurlar. Yağış yağanda su evin içinə damır. Evdə nəmişlik var”.

Füzuli Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilib.

“Evlə bağlı bütün sənədləşmə işi görülüb, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə göndərilib. Oradan da rəy verilib ki, düzələcək. Yəni, bizə məlumat verilib ki, məsələ müsbət həllini tapacaq”, - deyə o bildirib.

Amma bu, nə vaxt baş verəcək, icra hakimiyyətinin nümayəndəsi məlumatsız olduğunu deyib.

Fövqəladə Hallar Nazirliyindən Sənarə Vəliyevaya göndərilən cavabda qeyd olunub ki, 18 iyunda olan hava təbii fəlakət törədəcək həddə olmayıb:

“Milli Hidrometeroloji Xidmətinin “Füzuli rayonu ərazisi üçün hava şəraiti haqqında” 18 iyuna olan hava haqqında arayışına əsasən, 18 iyunda Füzulidə müşahidə olunmuş küləyin sürəti və dolunun diametri təbii fəlakət törədəcək təhlükəli hədd göstəricisindən aşağı olub. Bu səbəbdən faktla bağlı tədbir görmək səlahiyyətimizdə deyil”.

Elmir Vəliyev Azərbaycan Ordusunun kiçik çavuşu olub. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. O, oktyabrın 27-də Füzuli uğrunda döyüşlər zamanı həyatını itirib. Elmir Vəliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.





Xəbər 2907 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +