Bakıda yeniyetmə qız itkin düşüb
“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu


28.01.2022  11:01 

Direktorun rüşvət tələb etdiyi müəllim danışdı - VİDEO





A+  A-

Astafada ibtidai sinif müəllimi direktorun ondan dərs saatlarına görə rüşvət tələb etdiyini iddia edir.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı səs yazısı yayılıb.

Səs yazısının Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən tam orta məktəbinin müəllimi və direktoruna aid olduğu iddia edilir.

Direktorun təzyiqinə məruz qaldığı və rüşvət tələb edildiyi iddia edilən müəllimə Vüsalə Məmmədova baş verən hadisə ilə bağlı "Xəzər Xəbər"ə eksklüziv açıqlama verib. Vüsalə Məmmədova iddia edir ki, məktəbin direktoru Mətanət Məmmədova onun dərs yükünə əlavə olunan hər üç saata görə rüşvət tələb edib.

Direktor Mətanət Məmmədova isə səsləndirilən iddiaları qəbul etmədiyini bildirib. Səhhətində problem yarandığını söyləyərək rüşvət tələb etmədiyini və səs yazısının əsassız olduğunu bildirib. Amma onun müavini də "Xəzər Xəbər"ə eksklüziv açıqlamasında məktəbdə müəllimlərdən rüşvət alındığını iddia edib.

Vüsalə Məmmədova bildirib ki, faktla bağlı Ağstafa rayon Təhsil Şöbəsinə müraciət edib. Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, onlar lazımi məlumatları Təhsil Nazirliyinə təqdim ediblər və müvafiq qərarı gözləyirlər. Təhsil Nazirliyinin məlumatında isə qeyd edilib ki, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.



Xəbər 3093 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +