Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video
“Appro Hospital“da qalmaqal -VİDEO
Xəstəxana direktoru işçini döyüb? - Video


22.05.2022  21:37 

Radik İsayev bürünc medal qazanıb





A+  A-

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

XəzərNews.az
xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

“Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87 kq-dan yuxarı) dörddəbir finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb.

Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa vurublar.

Xəbər 5757 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +