Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
11 tələbənin təqaüdü kəsildi
Fərman Abbasov vəzifədən atıldı
Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video
“Appro Hospital“da qalmaqal -VİDEO
Xəstəxana direktoru işçini döyüb? - Video


09.09.2020  13:48 

Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi





A+  A-

Norveç Tərəqqi Partiyasının üzvü Kristian Tibrinq-Qedde ABŞ Prezidenti Donald Trampı “dünyada uzunmüddətli münaqişələrin həlli üçün göstərdiyi səylərə görə” Nobel Sülh Mükafatına namizəd göstərib.
XəzərNews.az “FOX News”a istinadən xəbər verir ki, Tibrinq-Qedde açıqlamasında “Düşünürəm ki, dövlətlər arasında barışıq yaratmaq cəhdlərində Sülh Mükafatına namizəd olanların əksəriyyətindən daha çox edib”,-deyə bildirib.

O, Nobel Komitəsinə göndərdiyi məktubda Tramp administrasiyasının İsrail ilə BƏƏ arasında əlaqələrin qurulmasında əsas rol oynadığını qeyd edib. “Yaxın Şərqdəki digər ölkələrin BƏƏ-dən nümunə götürmələri gözlənildiyi üçün bu razılaşma dönüş nöqtəsi ola bilər, bunun sayəsində Yaxın Şərq əməkdaşlıq və firavanlıq bölgəsinə çevriləcək”.

Qeyd edək ki, İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşmasına dair müqavilənin imzalanma mərasiminin 15 sentyabrda Vaşinqtonda keçirilməsi planlaşdırılır. ABŞ-la birgə üçtərəfli açıqlamada İsrail müqavilənin şərtlərinə görə, suverenliyini Qərbi Şəriyədəki ərazilərə yayma qərarını müvəqqəti təxirə salacağını bildirib.

Beləliklə, BƏƏ Misir və İordaniyadan sonra İsrailin müstəqilliyini tanıyan üçüncü ərəb ölkəsi olacaq. Fələstin rəhbərliyi isə öz növbəsində, bu razılaşmaya sərt etirazlarını bildirib.

Xəbər 3356 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +