Əhaliyə Xəbərdarlıq: Bu ərazilərdə...
“Anamı ölümcül hala salıblar”- Video
“Appro Hospital“da qalmaqal -VİDEO
Xəstəxana direktoru işçini döyüb? - Video
Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO


12.06.2018  13:39 

Uşaqları döyən tərbiyəçi və bağça müdiri Polisə APARILDI





A+  A-

“Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.
XəzərNews.az bildirir ki, Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil olan məlumata görə, ictimaiyyətdə geniş rezonans doğuran məsələ hazırda araşdırma mərhələsindədir:

“Hər iki şəxs polis bölməsinə aparılıb. Onlar dindirilib, izahatları alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Xəbər 2812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik


BÜTÜN XƏBƏRLƏR +