Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


05.07.2025  21:49 

Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...





A+  A-

Rusiya ilə Azərbaycan arasında ciddi gərginlik yaranıb. Niyə? Azərbaycan, Türkiyə və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılığa gəlib. Bu razılaşmanın nüansları bəlli deyil. Bəlli olan odur ki, Rusiya oyundan kənar vəziyyətdə qalıb. Üstəlik, ABŞ bu dəhlizə nəzarət edəcək...

Yəni Rusiyanın Azərbaycana qarşı demarşının arxasında dayanan əsas amil Zəngəzur dəhlizi ilə bağlıdır...

Bəli. İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatının sonuncu-9-cu bəndində belə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”...

10 noyabr 2020-ci il Qarabağ atəşkəs bəyanatına əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməliydi. Ancaq edə bilmədi. Niyə? Çünki Ermənistan Qərbin dəstəyi ilə Rusiyaya belə bir səlahiyyət tanımaq istəmir. Azərbaycan da, Türkiyə də ilkin mərhələdə Rusiyaya belə bir səlahiyyət verilməsinə müsbət yanaşıb. Sonra nə oldu? Rusiya Ukraynaya qarşı müharibəyə başladı. 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi aktiv fazaya daxil oldu. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı yenidən işğal etməyə başladı. 3 il 4 aydan çoxdur ki, bu müharibə davam edir. Təbii ki, Qərbdən dəstək alan Ukrayna Rusiyaya ciddi müqavimət göstərir. Bu müqavimət ona gətirib çıxardı ki, Rusiya əvvəlki sanbalının ciddi bir hissəsini əldən verdi. Ona görə də Qərb Rusiyanı daha da zəiflətmək üçün Zəngəzur dəhlizini də onun əlindən almaqda qərarlıdır...

Rusiya istəyir ki, Azərbaycan Zəngəzur dəhlizinə nəzarət məsələsində Rusiyanın yanında olsun. Yenidən Ermənistana müharibə elan etsin. Mustafası o ki, Rusiya Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq istəyir. İstəyir ki, Azərbaycan Rusiyaya xatir Qərb ilə düşmən olsun. Azərbaycan hansı ağılla Qərblə düşmən olmalıdır ki? Özü də Rusiyaya görə.

44 günlük müharibə zamanı Azərbaycan öz suveren torpaqlarını geri almaq üçün vuruşurdu. Bu məsələdə beynəlxalq hüquq da Azərbaycanın yanında idi. Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisinə daxil olmaq isə tamam fərqli bir şeydir. Yəni işğalçılıqdır. Siz Ermənistana baxmayın. Azərbaycana belə şeyi bağışlamazlar...

Azərbaycana və Türkiyəyə, bütövlükdə Türk Dünyasına dəhliz lazımdır. Ermənistan da bu dəhlizi verir. Ancaq deyir ki, dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...

Əlbəttə, Türkiyə və Azərbaycanın gücü çatsa, dəhlizə özümüz nəzarət edərdik. Ancaq Rusiyaya baxanda dəhlizə Amerikanın nəzarət etməsi daha yaxşıdır. Ən azı ona görə ki, Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsi Rusiya və İranın Cənubi Qafqazda təsir imkanlarını sıfıra endirəcək. Bu isə Türkiyə və Azərbaycanın, eləcə də Ermənistan və Gürcüstanın maraqlarına uyğundur...

Elbəyi Həsənli

Xəbər 597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +