Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


05.10.2023  21:34 

ATƏT PA-da Azərbaycan əleyhinə təşəbbüsə cəhd olub





A+  A-

ATƏT PA-nın növbədənkənar onlayn Büro iclasında Ermənistan və digər nümayəndə heyətlərinin Azərbaycana qarşı müəyyən tədbirlərin görülməsi, Qarabağ erməniləri ilə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı cəhdlərinin qarşısı alınıb, bu cür pozucu təşəbbüslər Büro tərəfindən rədd edilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, iclasın əsas mövzusu Cənubi Qafqazda baş verən son hadisələrin, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri və bundan irəli gələn vəziyyətin müzakirəsi olub.

ATƏT PA-nın prezidenti - Finlandiyadan olan deputat Pia Kauma qeyd edib ki, Qarabağdakı hazırkı vəziyyət və orada yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin qorunması ilə əlaqədar məsələləri müzakirə etmək, müəyyən addımlar atmaq məqsədilə bir sıra ölkələrdən olan büro üzvləri ona müraciət ünvanlayıb, bu məsələnin təxirə salınmadan müzakirə olunmasını xahiş ediblər.

Müzakirələr zamanı söz alan Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri Baş Komitəsinin sədri, büro üzvü Azay Quliyev sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərinin səbəbləri, məqsədi və nəticələri barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, ermənilərin davamlı təxribatlarına cavab olaraq başladılan və çox dəqiqliklə aparılan antiterror tədbirləri zamanı yalnız legitim hərbi hədəflər zərərsizləşdirilib, mülki əhaliyə və mülki infrastruktura heç bir zərər dəyməyib. A.Quliyev bu tədbirlər nəticəsində qanunsuz erməni silahlı qüvvələrinin təslim olduğunu və oyuncaq rejimin özünü buraxdığını vurğulayıb.

“Azərbaycanın Qarabağda suverenliyini tam və qəti olaraq bərpa etməsi işğaldan və işğal nəticəsində yaradılmış qanunsuz oyuncaq rejimlərdən əziyyət çəkən ATƏT-ə üzv olan ölkələr və ümumiyyətlə, dünya üçün çox gözəl nümunə və təcrübədir. ATƏT və ona üzv olan ölkələr 30 illik hərbi təcavüzə və işğala son qoyaraq beynəlxalq hüququ bərpa edən Azərbaycana minnətdar olmalıdır”, - deyə o vurğulayıb.

A.Quliyev, həmçinin Qarabağ ermənilərinin guya “etnik təmizləməyə” məruz qaldıqları haqqında səslənən əsassız iddiaları konkret faktlarla rədd edib və müstəqil BMT missiyasının Qarabağa son səfərində bunun tam əksinin sübut olunduğunu bildirib.

Sonda ATƏT PA-nın prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Ermənistan ilə Azərbaycan arasında etimadın yaradılmasına, Cənubi Qafqaza davamlı sülhün gətirilməsinə töhfə verməyə hazır olduğunu bildiriblər.



Xəbər 8033 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +