Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakət yaratdı: Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti


02.05.2025  13:45 

Rusiya provayderlərinin serverlərinə hücum oldu





A+  A-

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) kibermütəxəssisləri Rusiya provayderlərinin serverlərinə hücum ediblər, nəticədə minlərlə rusiyalı internetsiz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələri məlumat yayıb.

Aprelin 30-dan mayın 2-dək Rusiya KİV-ləri və yerli nəşrləri internet provayderlərinin xidmətlərindən istifadə edə bilməyən istifadəçilərin çoxsaylı şikayətlərini bildiriblər.

Həmçinin, DDOS hücumu nəticəsində şirkətin Sibirdəki dörd filialının serverləri həddən artıq yüklənib və sıradan çıxıb (Novosibirsk, Novokuznetsk, Kemerovo, Krasnoyarsk).

"İnternet provayderlərinin nümayəndələri güclü DDOS hücumu faktını təsdiqləyiblər, "şəxsi hesabda" və "My Sibsety" mobil proqramında qeydə alınan uğursuzluqlar, həmçinin istifadəçiləri şikayət etməyi dayandırmağa çağırırlar, çünki bu da telefon xəttini həddindən artıq yükləyir", - mənbə bildirib.

Genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanın dövlət və özəl strukturlarına haker hücumları tez-tez baş verir. Müxtəlif sektorlar vurulur - internet provayderləri və banklardan tutmuş dövlət qurumlarına və müdafiə şirkətlərinə qədər hər yerdə internet dayanır. Çox vaxt bu hücumlar sistemləri pozmaq, məlumat sızdırmaq və ya əhaliyə psixoloji təsir göstərmək məqsədi daşıyır.



Xəbər 2200 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +