İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu
Gədəbəyin İcra başçısı vəzifəsindən azad edilib
AzTV-nin müxbiridə ağır xəsarət aldı -FOTO
Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi


06.07.2021  10:57 

Pirşağıdakı oliqarxlar dənizə gedən yolları HASARLAYIBLAR





A+  A-

Bakının Pirşağı kəndində bahalı villa sahibləri Xəzərsahili ərasiləri hasarlamaqla yerli sakinlər və istirahətə gələnlərə ciddi problemlər yaradıblar.
XəzərNews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pirşağı çimərliyini zəbt edənlər hətta prezidentin xəbərdarlıqlarına da əhəmiyyət vermirlər:

“Onlar yerli sakinlər və istirahətə gələn insanlarla siçan-pişik oyununu davam etdirirlər.
Villa sahibləri dənizə qədər hasarlar tikmişdilər. İllərdir bu mövzuda yazdım, media da işıqlandırdı. Villa sahibləri məcbur qalıb dəmir hasarları yığışdırdılar, ancaq dözməyərək bir müddət sonra yenə dənizə girişləri betonlarla hasarladılar. Mübarizə davam etdiyindən oliqarxlar beton hasarları sökmək məcburiyyətində qaldılar. Üstəgəl Pirşağıda ictimai çimərlik çalışmaları getdiyindən və prezident də bir neçə ay əvvəl kəndə gələrək, yenidərquma işlərinə start verdiyindən düşünmək olardı ki, bahalı villa sahibləri bu dəfə “dənizi hasarlarla bağlayacam” siyasətlərinə son verəcəklər. Ancaq villa sahibləri olan oliqarxlar bu dəfə də “sübut etdilər” ki, onlar hamıdan güclüdürlər. Villa sahibləri dənizə girişi yenə də iki tərəfdən qapatdılar".

"...Qarabağ yenidən qurulmalı və “ağıllı kəndlər” həyata vəsiqə qazanmalıdır. İnanmaq istərdim ki, Qarabağ Azərbaycanın başqa bölgələri kimi “daş hasarlara” təslim olmayacaq, “ağıllı kəndlər”dəki evlər qədimdə olduğu kimi sadə çəpərlərlə bir-birindən ayrılacaq. Sivil dövlətlərin çoxunda heç bu da yoxdur” deyən E.Şahinoğlu müvafiq qurumları Pirşağıdakı biabırçılığa əncam çəkməyə çağırıb.

Xəbər 4178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +