Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


07.09.2022  19:20 

Bakı sakinləri üçün əsl tıxac dərsi başlayır...





A+  A-

Bizə yaraşan elə Ağıllı kənddir. Maşın yox, insan az, hərəkərdə də vaxt itkisi yaşamırsan. Ağıllı şəhər qətiyyən bizə uyğun gəlmir. Ağllı adamların yolunu tıxadığımız kimi, ağıllı şəhərin də yollarını tıxayıb, qan dövranını dayandıracağıq.

Təsəvvür edin ki, bu cür fəlakətli tıxacların yaşandığı şəhərdə illərdir metro tikintisi dayandırılıb, alternativ ictimai nəqliyyat şəbəkəsi yaradılmayıb, gecəqondulaşmanın, şəhərə axının qarşısını almaq üçün tədbirlər görülməyib.

Biz cəmiyyət olaraq tarixin yol ayrıcında doğru yol seçə bilmədiyimiz kimi, doğru yol da çəkə bimirik.

Bu arada Bakının da adının mənasında dəyişiklik etmək lazım. Bakı ənənəvi Küləklər şəhəri deyil, artıq Tıxaclar şəhəridir. Qışda qarın, yazda və payızda yağışın normadan artıq yağmaması üçün mollalarımız ərəb dilində, lakin latın əlifbası ilə bütün Bakı sakinlərinə dua yazıb verməlidilər, əlbəttə, maya dəyərindən artıq qiymətə satılmamaq şərti ilə. Ancaq bu dualar da hökmən bir mərkəzdən satılmalıdır. Əks halda bu dualar müstəcəb olmaz.

15 sentyabr Bakının işğaldan azad olduğu gündür. 15 sentyabrda həm də məktəblərdə dərs başlayır. Ancaq bütün Bakı sakinləri üçün əsl tıxac dərsi başlayır.


İndidən əsəb dərmanlarının tədarükünü görün.

Bir şeyi unutmayın ki, bizim apteklərdəki dərmanların tıxaclarda təsiri olmayacaq.

Fazil Mustafa
Millət vəkili


Xəbər 5510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +