Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


18.10.2023  09:40 

Professor nazirə müraciət etdi: Evimdən çıxıram





A+  A-

Fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

Xəzərnews.az xəbər verir ki, o, müraciətində mənzilində rahat yaşaya bilmədiyini, binanın zirzəmisindəki restoranın səs-küyündən ailəlikcə narahat olduqlarını bildirib:

“Gecə saat 2-nin yarısı Sizə yenə də müraciət edirəm! Hörmətli nazirimiz! indi gecə saat 2-nin yarısıdır. Zirzəmimiz dolu insanlarladır. Polislər gəldi, getdi. Hamı yenə də zirzəminin içində qaldı. Yəni polisin gəlib-getməyinin bir xeyri olmadı. Sizdən xahiş edirəm, birbaşa özünüz bu işlərə qarışasınız. Belə yaşamaq, yaşamaq deyil. Bu bir zülümdür. Bizi bu zülümdən xilas edin.

Hörmətli nazirimiz, Vilayət Eyvazov!

Mən ailəmlə birlikdə Binəqədi rayonu, Naxçıvani küç.39A saylı binanın 1-ci mərtəbəsində 3 saylı mənzildə yaşayıram. Mənzilimizdən çıxıb kirayə mənzil tutmağa hazırlaşıram. Çoxmənzilli binaların zirzəmilərinin icarəyə verilməsi və ya özəlləşdirilməsi qadağan olunsa da zirzəmimizdəki səs-küydən istirahət hüququmuz yerli-dibli yoxa çıxıb!”

Professor qeyd edib ki, dözülməz səs-küydən elmlə, işləri ilə məşğul ola bilmirlər:

“Mənzilimizin altındakı restoranın dözülməz səs-küyündən elmlə məşğul ola bilmirəm. Həyat yoldaşım jurnalistdir. Azərbaycanda çap olunan dərsliklərin yarısından çoxunun redaktorudur. Yazıçılar ittifaqının üzvüdür. Mən insan kimi yaşamaq, insan kimi istirahət etmək istəyirəm. Təəssüflər olsun ki, səs-küydən öz mənzilimdən çıxıb getmək istəyirəm. Sizi ictimai asayişin qorunmasında böyük işlər görən bir nazir kimi tanıyıram. Ona görə bu məktubu sizə yazdım. Əlavə olaraq bildirirəm ki, mənzilimizin altındakı zirzəmidə yerləşən restoranın sahibi zirzəminin bütün yükdaşıyan divarlarını dağıdıb. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyi binamızın aşağı ballı zəlzələlər və seysmiki təsirlər nəticəsində binamızın uçub-dağıla biləcəyi haqqında aktlar yazıb. Sizdən xahiş edirəm, zirzəmimizdə toplaşan çoxsaylı insanların səs-küyündən bizi xilas edəsiniz!”


Xəbər 2862 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video


BÜTÜN XƏBƏRLƏR +