Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


11.10.2025  14:59 

Qaradağda palçıq vulkanı püskürüb





A+  A-

Bakı şəhərinin Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında palçıq vulkanı püskürüb.

XəzərNews.az xəbər verir ki, hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olub. Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə əraziyə baxış keçirilib.

FHN-dən bildirilib ki, baxış zamanı vulkan ərazisində alov müşahidə edilməyib və ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükə aşkarlanmayıb. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, püskürmə hadisəsi bu gün, saat 08:27-də Qaradağ rayonunun Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 11 oktyabr 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Püskürmə üç fazada qeydə alınıb:

Birinci faza – saat 08:27-də başlayıb, 08:37-də başa çatıb (10 dəqiqə);

İkinci faza – saat 08:39-da başlayıb, 08:51-də başa çatıb (12 dəqiqə);

Üçüncü faza – saat 09:02-də başlayıb, 09:06-da sona yetib (4 dəqiqə).

RSXM-nin məlumatına görə, püskürmənin dərinliyi 4 kilometr, ayrılan ümumi enerji isə 2.19×10⁷ coul olub. Hadisə Mərkəzin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Xəbər 3960 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +