Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


24.07.2020  11:43 

Los Anceles və Kaliforniyada yaşayan azərbaycanlıların nəzərinə





A+  A-

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə konsulluğun feysbuk səhifəsində məlumat verilib: "Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılıb. Tərəfimizdən bununla bağlı dərhal Los Anceles Polis İdarəsinə məlumat verilərək məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub. Eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq".

Konsulluq həmvətənlərimizi tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.

"Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər. Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq. Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu FB səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik",-deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, Los-Ancelesdə erməni diasporası tərəfindən törədilən təxribatlar nəticəsində 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb.



Xəbər 1836 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +