Şamaxıda qəza: Avtomobildən meyit çıxarıldı
Bakıda yeniyetmə qız itkin düşüb
“Onu biz buraxdırdıq“ - Rəqsanənin borclu olduğu şəxs
Tələbələr qaydalara etiraz edir - Video
Bakıda iki şəhidin məzarı qarət edildi
Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb


01.05.2025  16:39 

Talıbovların dəbdəbəli həyatı... – FOTO





A+  A-

Məhərrəm Talıbov. Bu şəxsina adı Azərbaycanda çoxlarına tanışdır. Tanımayanlar isə soyadını eşitdikdə, söhbətin kimdən getdiyini yaxşı biləcək. Bəli, düz bildiniz, məşhur xanədanlığın ən “parlaq” simalarından biri, keçmiş “Naxçıvan xanı” Vasif Talıbovun həşəmətli qardaşı!

Amma Məhərrəm Talıbovun oğlu Elnur Talıbov da atasından az məşhur deyil. Eyş-işrətə meylli olan bu gənc haqqında istər mətbuatda, istər də sosial şəbəkələrdə çox yazılıb. Məsələn, onun əmisinin sevimlisi, atasının “gül balası” olduğu Naxçıvanda hər kəsə bəllidir. Görünür, bu səbəbdən də hələ uşaq yaşlarından “bir dediyi iki edilməyib”. O, öz tay-tuşları arasında dəyəri yarım milyon olan bir neçə bahalı avtomobili, istər ölkə daxilində, istər də xarici dövlətlərdə adına alınan milyonlarla dollarlıq obyektləri ilə seçilib. Hətta Məhərrəm Talıbov öz əziz-xələf oğlu üçün “əyləncəli hərbi xidmət” də təşkil etdirib. Bir neçə il əvvəl mətbuat yazırdı ki, Elnur 2022-ci ildə “hərbi xidmətdə” olduğu vaxtlar onun üçün N saylı hərbi hissədə “qüllə” deyilən binada özəl otaq hazırlanıb. O, burada müdafiə nazirinin keçmiş müavini Kərəm Mustafayevin oğlu Murad Mustafayevlə birgə “xidmət ediblər”. Onlar orda istirahət edir, istədikləri vaxt şəhərdə gəzir, istədikləri vaxt da Bakıya uçub, paytaxtda nahar edib geri qayıdırlarmış. Belə desək, kasıbların övladı səngərdə erməni ilə üz-üzə dayanıb vətən torpağını qoruduqları halda, bu məmur balaları əsgərliyi də eyş-işrətlə keçiriblər.



Mətbuat onu da yazırdı ki, Talıbovun “xanlığı” dönəmində Naxçıvan DYP-nin əməkdaşları istər Elnurun, istər də qardaşı Samirin əlindən cana doyublar. Belə ki, onlar Muxtar Respublikada yol hərəkatı qaydalarına məhəl qoymadıqları üçün tez-tez yol polisləri ictimai qınaqla üzləşirmiş. Yenə də, kimsə öz vəzifəsini itirməmək üçün, cəsarət edib bu qardaşların avtomobilini saxlamırmış. Cəmi bir, yaxud iki dəfə Elnurun maşını cərimə meydançasına aparılıb ki, bu zaman da həddən artıq içkili olub. Həmin vaxt da polis əmədaşları “yuxarılara” məruzə ediblər ki, guya, onun qəza törətmək ehtimalı yüksək olduğundan, avtomobili saxlamaq məcburiyyətində qalıblar. Hətta, deyilənə görə, həmin avtomobil aylarla cərimə meydançasında unudulub və günlərin bir günü Elnur öz bahalı “oyuncaq”larından birinin əksik olduğunu biləndə, ona cərimə meydançasında olduğunu deyiblər. O da tez yol polisinə zəng vurub ki, maşını yuduzdurub, gətirib qarajında saxlasınlar...



Məlumata görə, Elnur maşınlarını ildə bir dəfə yeniləməyi sevir. Məsələn, onun dəyəri təxminən yarım milyon dollar olan avtomobili cəmi 1 il sürdükdən sonra qiymətinin 1/3-nə, 160 min dollar satışa çıxardığı ilə bağlı sosial şəbəkələrdə görüntülər fakt var.

Şübhəsiz, Elnurun kiçik qardaşı Samir də “ərköyünlükdə” qardaşından geri qalmayıb. O da eyş-işrətə meylli gənc olub. Deyilənə görə, Samir ad gününü hər il bir ölkədə keçirməyə adət edibmiş. O, tez-tez qardaşı ilə Dubaya istirahətə getməyi də sevirmiş. Hansı ki, qardaşların burada bahalı obyektləri, villaları, hətta milyonluq yaxtlarının olduğu haqda informasiyalar var. Üstəlik, onların sosial şəbəkələrdə bu şəhərdən paylaşdığı görüntülər də deyilənləri təsdiq edir. Mənbənin sözlərinə görə, ailənin Dubaydakı mülklərinə Samir nəzarət edir. O, ən azı ayda bir dəfə bu şəhərə gedib-gəlir.



Bütün bunlardan başqa, Samir Talıbovun adı dəfələrlə başqalarına məxsus əmlakları mənimsəmədə də hallanıb. Hətta bunun üçün onu və atası Məhərrəm Talıbovu məhkəməyə də veriliblər. Maraqlıdır ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da olub...

Mənbə deyir ki, Talıbov qardaşları ölkədə olduqları vaxt günlərini Bakının mərkəzində - Nərimanov rayonu, Ə.Rəcəbli-2 küçəsi 23-də yerləşən 4 mərtəbəli binanın üst qatında, özləri üçün ayırdıqları ofisdə keçirirlər. İddia olunur ki, onlar tez-tez burda kef məclisləri təşkil edirlər. Bu binanın təkcə 2 mərtəbəsindən hər ay 50 min manata yaxın icarə haqqı alınır. Birinci mərtəbəsində restoran və “Karvan PUB” yerləşir. Yuxarı mərtəbələr isə ofis kimi icarəyə verilib.



Bütün bunlardan göründüyü kimi, Naxçıvanda “Talıbov xanlığı” süquta uğradılsa da, xanədanlığın hər bir üzvü hələ də öz sərvətlərinə sərvət qatmaqdadırlar...

Hurriyyet.az

Xəbər 5427 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +