Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı
Ofelya Şabanova efirdə qızıl üzük bağışladı
Həbsdə olan İcra başçısının səhhəti pisləşib
90 milyon dollarlıq heroin ələ keçirildi
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb
Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi


12.05.2018  13:35 

“Bu, Paşinyanın faciəsi olacaq” - Əli Əhmədov





A+  A-

“Paşinyanın Azərbaycan barədə dedikləri elə sərsəmliyin göstəricisi ola bilər”.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib: "Əlbəttə, onun dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcəkdir. Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir. O ki qaldı onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər. Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki, Ermənistan Azərbacanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq".

Ə.Əhmədov daha sonra əlavə edib: "Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uygun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək".



Xəbər 3643 dəfə oxunub.




15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?


BÜTÜN XƏBƏRLƏR +